Kənan Balakişiyev

655,9 balla BMU-İNHA İDP tələbəsi olan Kənan Balakişiyevin gələcək hədəfləri

Tədris ili: 2026 · Bal: 655.9
Kənan Balakişiyev

2026/2027-ci tədris ilində Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İNHA Universitetinin birgə həyata keçirdiyi BMU-İNHA İkili Diplom Proqramına yüksək nəticə ilə qəbul olan tələbələrdən biri Kənan Balakişiyevdir. O, 655,9 balla Data Analitikası / Data Elmləri ixtisasına qəbul olub.

Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu olan Kənan 9-cu və 11-ci sinifləri fərqlənmə attestatı ilə başa vurub. Məktəb illərindən formalaşan akademik göstəriciləri onun data və texnologiya sahəsinə marağının inkişafında mühüm rol oynayıb.

Data analitikası ixtisasını seçməsi barədə danışan Kənan bu sahənin daim inkişaf edən texnologiyalarla yenilənməsini əsas üstünlüklərdən biri hesab edir:

“Data analitikası zamanla meydana çıxan yeni texnologiyalar sayəsində daim yenilənir. Buna görə də düşünürəm ki, bu sahəni seçən biri öz ixtisasından sıxılmayacaq. Üstəlik, ixtisası dərindən öyrəndikdən sonra data mühəndisliyi və data ilə bağlı digər vacib sahələrə keçid imkanı da var.”

BMU-İNHA İDP-ni seçməsinin əsas səbəbi barədə isə Kənan proqramın yaratdığı həm akademik, həm də beynəlxalq imkanları vurğulayır:

“BMU-İNHA İDP-ni seçməyimin əsas səbəbi 3 il BMU-da, 1 il isə Koreyanın İNHA Universitetində data ilə bağlı geniş biliklərə yiyələnərək həm bu sahədə ixtisaslaşmaq, həm də ikili diplom proqramının imkanlarından yararlanmaqdır.”

Kənan gələcəkdə BMU-İNHA İDP çərçivəsində əldə edəcəyi bilik və beynəlxalq təcrübəni data sahəsində peşəkar inkişafına yönəltməyi və müasir texnologiyalarla ayaqlaşan mütəxəssis kimi formalaşmağı hədəfləyir.

← Geri