BMU–INHA IDPMüraciət proseduru

Müraciət proseduru

İLKIN SEÇİM MEYARLARI:

BMU-İNHA İDP-yə qəbul AR Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bakalavriat pilləsi üzrə qəbul imtahanlarının nəticələri və İNHA Universiteti tərəfindən keçirilən müsabiqə (daxili imtahan) əsasında aparılır. Belə ki, proqrama müraciət etmiş namizədlər:

  • Azərbaycan Respublikasının vətəndaşı olmalıdırlar;

  • 2026-cı ildə DİM-in 1-ci ixtisas qrupu imtahanında iştirak etməli və uğurlu nəticə göstərməlidirlər;

  • BMU-İNHA İDP-nin hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamalıdırlar: 

  • Kompüter elmləri / Süni intellekt mühəndisliyi (Aİ) – 26 nəfər (keçid balı – 400/700)

  • Data analitikası / Data elmləri – 26 nəfər (keçid balı – 400/700)

  • İnformasiya texnologiyaları – 26 nəfər (keçid balı – 400/700)

  • Elektrik və elektronika mühəndisliyi – 26 nəfər (keçid balı – 400/700)

  • İNHA Universitetinin təşkil etdiyi yazılı imtahandan uğurla keçməlidirlər: Fizika, Riyaziyyat və İngilis dili.

TƏLƏB OLUNAN SƏNƏDLƏR:

Daxili imtahanda iştirak etmək üçün qeydiyyatdan keçərək abituriyent hesabı yaratmaq və, müvafiq olaraq, onlayn müraciət formasını dolduraraq tələb olunan sənədləri təqdim etmək lazımdır:

  1. Şəxsiyyət vəsiqəsinin surəti;

  2. 3.5x4.5 ölçüdə rəngli fotoşəkil;

  3. DİM tərəfindən keçirilmiş hər iki imtahanda topladığı balı təsdiq edən rəsmi sənəd;

  4. Məktəb attestatının skan versiyası (attestatını almayan tələbələr təhsil aldıqları orta məktəbdən imzalı və möhürlü arayış təqdim etməlidir);

  5. İngilis dili sertifikatı (olduğu təqdirdə): İELTS 5.5 və ya TOEFL İBT 71 

Qeyd 1: İngilis dili sertifikatı təqdim edən namizədlər ingilis dili yazılı imtahanından azad olunur.

Qeyd 2: Proqrama qeydiyyat zamanı namizəd buraxılış iş nömrəsi (300 ballıq imtahan), blok imtahanı iş nömrəsi (400 ballıq imtahan) və şəxsi kabinetin istifadəçi adını (FİN) təqdim etməli olacaqdır.

Qeyd 3: Daxili imtahan yazılı formada Fizika, Riyaziyyat və İngilis dilindən ibarət olaraq İngilis dilində həyata keçiriləcəkdir.

Qeyd 4: BMU-İNHA İDP-yə qəbul olunmuş namizədlərin siyahısı Elm və Təhsil Nazirliyinə göndərilərək, DİM-də rəsmi olaraq qeydiyyata alınır. Əlavə olaraq, qəbul olunmuş namizədlər rəsmi BMU- İNHA İDP tələbəsi statusunu qazanaraq, DİM-in ixtisas seçimində (kodlaşdırma) iştirakdan azaddırlar.

Qeyd 5: BMU-İNHA İDP-yə qəbul olmayan namizədlərin DİM-in ixtisas seçimində (kodlaşdırma) iştirak etmək üçün ən azı bir həftə vaxtları olacaq.

DAXİLİ MÜSABİQƏ TARİXLƏRİ:

  1. 16 İyul – 1 Avqust 2026-cı il – Online qeydiyyat

  2. 4 Avqust 2026-cı il – Yazılı imtahan (Fizika, Riyaziyyat və İngilis dili)

  3. 6 Avqust 2026-cı il – Nəticələrin rəsmi olaraq elan edilməsi