BMU–INHA IDPApplication procedure

Application procedure

İLKIN SEÇİM MEYARLARI: 

BMU-İNHA İDP-yə qəbul AR Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bakalavriat pilləsi üzrə qəbul imtahanlarının nəticələri və İNHA Universiteti tərəfindən keçirilən müsabiqə (daxili imtahan) əsasında aparılır. Belə ki, proqrama müraciət etmiş namizədlər: 

  • Azərbaycan Respublikasının vətəndaşı olmalıdırlar; 

  • 2026-cı ildə DİM-in 1-ci ixtisas qrupu imtahanında iştirak etməli və uğurlu nəticə göstərməlidirlər; 

 

BMU-İNHA İDP-nin hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamalıdırlar:  

  • Kompüter elmləri / Süni intellekt mühəndisliyi (Aİ) – 26 nəfər (keçid balı – 400/700) 

  • Data analitikası / Data elmləri – 26 nəfər (keçid balı – 400/700) 

  • İnformasiya texnologiyaları – 26 nəfər (keçid balı – 400/700) 

  • Elektrik və elektronika mühəndisliyi – 26 nəfər (keçid balı – 400/700) 

İNHA Universitetinin təşkil etdiyi yazılı imtahandan uğurla keçməlidirlər: Fizika, Riyaziyyat və İngilis dili. 

  

TƏLƏB OLUNAN SƏNƏDLƏR: 

Daxili imtahanda iştirak etmək üçün qeydiyyatdan keçərək abituriyent hesabı yaratmaq və, müvafiq olaraq, onlayn müraciət formasını dolduraraq tələb olunan sənədləri təqdim etmək lazımdır: 

  • Şəxsiyyət vəsiqəsinin surəti; 

  • 3.5x4.5 ölçüdə rəngli fotoşəkil; 

  • DİM tərəfindən keçirilmiş hər iki imtahanda topladığı balı təsdiq edən rəsmi sənəd; 

  • Məktəb attestatının skan versiyası (attestatını almayan tələbələr təhsil aldıqları orta məktəbdən imzalı və möhürlü arayış təqdim etməlidir); 

  • İngilis dili sertifikatı (olduğu təqdirdə): İELTS 5.5 və ya TOEFL İBT 71  

  

Qeyd 1: İngilis dili sertifikatı təqdim edən namizədlər ingilis dili yazılı imtahanından azad olunur. 

Qeyd 2: Proqrama qeydiyyat zamanı namizəd buraxılış iş nömrəsi (300 ballıq imtahan), blok imtahanı iş nömrəsi (400 ballıq imtahan) və şəxsi kabinetin istifadəçi adını (FİN) təqdim etməli olacaqdır. 

Qeyd 3: Daxili imtahan yazılı formada Fizika, Riyaziyyat və İngilis dilindən ibarət olaraq İngilis dilində həyata keçiriləcəkdir. 

Qeyd 4: BMU-İNHA İDP-yə qəbul olunmuş namizədlərin siyahısı Elm və Təhsil Nazirliyinə göndərilərək, DİM-də rəsmi olaraq qeydiyyata alınır. Əlavə olaraq, qəbul olunmuş namizədlər rəsmi BMU- İNHA İDP tələbəsi statusunu qazanaraq, DİM-in ixtisas seçimində (kodlaşdırma) iştirakdan azaddırlar. 

Qeyd 5: BMU-İNHA İDP-yə qəbul olmayan namizədlərin DİM-in ixtisas seçimində (kodlaşdırma) iştirak etmək üçün ən azı bir həftə vaxtları olacaq. 

  

DAXİLİ MÜSABİQƏ TARİXLƏRİ: 

  • 16 İyul – 1 Avqust 2026-cı il – Online qeydiyyat 

  • 4 Avqust 2026-cı il – Yazılı imtahan (Fizika, Riyaziyyat və İngilis dili) 

  • 6 Avqust 2026-cı il – Nəticələrin rəsmi olaraq elan edilməsi 

  

2022/2023-CÜ TƏDRİS İLİNİN DAXİLİ İMTAHANINA DAİR VİDEOÇƏKİLİŞ:  

  • 2022/2023-ci tədris ili üzrə BMU-İNHA İDP-yə müraciət etmiş namizədlər üçün məlumatlandırma tədbiri keçirilib - http://bit.ly/3ofVy5e 

  • 2022/2023-cü tədris ili üzrə bakalavriat səviyyəsində BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahanlar keçirilib - http://bit.ly/3MJKDeg