BMU–INHA IDPINHA Universiteti haqqında

İNHA Universiteti haqqında

İNHA Universiteti haqqında


Koreya Respublikası (Cənubi Koreya) bir sıra məşhur brendlərin, ticarət markalarının vətəni olmaqla, mühəndislik sahəsində ən inkişaf etmiş ölkələrdən biridir. Buraya avtomobil sənayesindən, məişət avadanlıqlarının hazırlanmasına qədər geniş spektri əhatə edən məhsul markaları daxildir: Samsung, LG, Hyundai, Kia.

İNHA Universiteti Koreyanın ən nüfuzlu özəl tədqiqat universitetlərindən biridir; Universitet 1954-cü ildə qurulub və Koreya Respublikasının Təhsil Nazirliyinin 326 nömrəli qərarı əsasında fəaliyyət göstərir.

Universitet “QS World University Ranking 2026”-da 555-ci sırada, “Shangai Academic Ranking of World Universities”-də 601-700-cü sırada yerləşir.

İNHA Universiteti mühəndislik, biznes inzibatçılığı, tibb, sosial elmlər sahəsində Koreya Respublikasının lider universitetlərindən biridir: reytinq üzrə 189 universitet arasında 8-ci yerdədir, 20 mindən çox tələbəsi olan ali təhsil ocağının 73 ixtisasın 26-si mühəndislik ixtisası üzrədir.