BMU–INHA IDPHaqqımızda

Haqqımızda

İXTİSASLAR (2026/2027)

 

Hər bir ixtisas üzrə 26 nəfər olmaqla, ümumilikdə 104 nəfərin qəbul edilməsi nəzərdə tutulur.

 

- Kompüter elmləri / Süni intellekt mühəndisliyi (Aİ) - 26 nəfər (keçid balı 400/700)

- Data analitikası / Data elmləri - 26 nəfər (keçid balı 400/700)

- İnformasiya texnologiyaları - 26 nəfər (keçid balı 400/700)

- Elektrik və elektronika mühəndisliyi - 26 nəfər (keçid balı 400/700)

MÜRACİƏT PROSEDURU

 

Onlayn qeydiyyat: 16 iyul – 1 avqust 2026-cı il tarixləri arası həyata keçiriləcəkdir.

 

Qəbul prosesi aşağıdakı mərhələlər üzrə aparılacaq:

- 1. DİM İmtahanı: Namizədlər DİM tərəfindən keçirilən qəbul imtahanında iştirak etməli və proqram üzrə müəyyən edilmiş keçid balını (400+) toplamalıdırlar.

- 2. Daxili İmtahan: Uğurlu namizədlər BMU və İNHA Universiteti tərəfindən birgə təşkil olunan daxili imtahanda (Riyaziyyat, Fizika və İngilis dili) iştirak etməlidirlər.

 

Vacib Tarixlər:

Onlayn sənəd qəbulu: 16 iyul – 1 avqust 2026-cı il (saat 23:55-dək)

Daxili imtahan: 4 avqust 2026-cı il

Nəticələrin elanı: 6 avqust 2026-cı il

 

Qeyd: BMU-İNHA İDP-yə qəbul olunan namizədlər DİM-in ixtisas seçimi mərhələsində iştirakdan azad edilirlər. Qəbul olunmayan namizədlər isə DİM-in ixtisas kodlaşdırmasında iştirak etmək üçün yetərli vaxta sahib olacaqlar.