BMU–INHA IDPTələbələrimiz

İDP tələbəsi: “Yay məktəbində qazandığımız biliklər çox əhəmiyyətlidir”

2026

Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramının (BMU-İNHA İDP) “Data analitikası” ixtisası üzrə I kurs tələbəsi Maarif Rəfili yay məktəbi ilə bağlı təəssüratlarını bölüşüb.

O bildirib ki, BMU-da İDP tələbələri üçün təşkil olunan növbəti yay məktəbi çərçivəsində Cənubi Koreyanın İNHA Universitetinin alimləri tərəfindən "Ehtimal nəzəriyyəsi" və "Statistika" fənləri tədris olunur: “Bu dərslərdən əldə etdiyimiz biliklərin çox əhəmiyyətli olduğuna inanıram. Qazandığımız nəzəri və praktiki biliklər gələcək karyeramızda mühüm rol oynayacaq".

Təhsil aldığı ixtisasa 577 balla qəbul olan Maarif Rəfili həmçinin, ikili diplom proqramının peşəkar mütəxəssis kimi formalaşmasına və beynəlxalq səviyyədə rəqabətqabiliyyətli təhsil almasına geniş imkanlar yaratdığını qeyd edib. Eyni zamanda, proqramın təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib. 

← Geri