
Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramının (BMU–İNHA İDP) məzunları əldə etdikləri uğurlarla diqqət çəkirlər.
Proqram məzunlarından 5 nəfər 2026/2027-ci tədris ili üzrə İtaliyanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunub. Məzunlar İtaliyanın müxtəlif şəhərlərində yerləşən Trento Universiteti, Turin Politexnik Universiteti, Pavia Universiteti və Siena Universitetində təhsillərini davam etdirəcəklər.
Belə ki, Cəfərli Xanım İtaliyanın Trento Universitetinə İnformasiya Mühəndisliyi ixtisası üzrə qəbul olub.
Cəfərov Rəvan Turin Politexnik Universitetində Elektronika Mühəndisliyi ixtisası üzrə təhsilini davam etdirəcək.
Fətimə Cəbrayılova və Rəsulov Söhrab Pavia Universitetinə qəbul olublar. Onlar müvafiq olaraq Sənaye Avtomatlaşdırma Mühəndisliyi ixtisası üzrə təhsil alacaqlar.
Digər məzun Xəlilzadə Novruz isə Siena Universitetində Elektronika və Kommunikasiya Mühəndisliyi ixtisası üzrə təhsil almaq hüququ qazanıb.
Bu nəticələr BMU–İNHA İDP çərçivəsində tələbələrə təqdim olunan beynəlxalq təhsil imkanlarının və onların qazandıqları akademik hazırlığın göstəricilərindən biridir. Proqram tələbələrə BMU və İNHA Universitetində təhsil almaqla yanaşı, beynəlxalq akademik mühitdə bilik və bacarıqlarını inkişaf etdirmək, eləcə də dünyanın müxtəlif ölkələrinin aparıcı universitetlərində təhsillərini davam etdirmək üçün imkanlar yaradır.
İtaliyanın aparıcı universitetlərinə qəbul olunan məzunları təbrik edir, onların yeni akademik mərhələdə uğurlar arzulayırıq.
