BMU-İNHA İDP çərçivəsində Cənubi Koreyaya 1 illik təhsil üçün yola düşən 117 tələbədən ibarət 2-ci qrupun 60 nəfəri artıq Koreyaya çatıb

28 avqust 2026
BMU-İNHA İDP çərçivəsində Cənubi Koreyaya 1 illik təhsil üçün yola düşən 117 tələbədən ibarət 2-ci qrupun 60  nəfəri artıq Koreyaya çatıb

İnçon Beynəlxalq Hava Limanında tələbələri İNHA Universitetinin nümayəndə heyəti qarşılayıb.

Proqramın şərtlərinə əsasən, tələbələr bakalavriat təhsillərini 3+1 modeli üzrə həyata keçirirlər. Onlar “İnformasiya texnologiyaları”, “İnşaat mühəndisliyi”, “Elektrik mühəndisliyi” və “Elektronika mühəndisliyi” ixtisasları üzrə 3 akademik ili BMU-da, sonuncu – IV kursu isə İNHA Universitetində oxuyurlar.

Tədris ilini uğurla tamamlayan məzunlar hər iki universitetin diplomunu əldə etmək imkanı qazanacaqlar.

BMU-İNHA İDP, “2019–2023-cü illər üzrə Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən həyata keçirilir. Prezident İlham Əliyevin 22 iyul 2025-ci il tarixli sərəncamı ilə proqramın icra müddəti 2030-cu ilədək uzadılıb.

← Geri